Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Azərbaycanda gənc sevgilisini güllələdi

Bu gün Qazax rayonunda dəhşətli qətl törədilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Qazax şəhərinin mərkəzində, Əliağa Şıxlinski küçəsində 1986-cı il təvəllüdlü Abdulova Aytən Xanəli qızı (ad və soyad şərtidir-red.) güllələnərək qətlə yetirilib.

29 yaşlı A.Abdulovanın qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən güllələndiyi müəyyən edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır. Qeyd edək ki, M.Veyisov rayonun Daşsalahlı kəndinin sakinidir./ans/
883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP