Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Salyanın 20 kəndində 9 gündür işıq yoxdur

Əhali etiraz aksiyasına qalxa bilər

Salyanın 20-ə yaxın kəndində 9 gündür ki, işıqlar yanmır. Sakinlər acınacaqlı durumdadırlar. Bu haqda musavat.com-a məlumatı rayon sakinləri verib.
Sakinlərin sözlərinə görə, müraciətlərinə baxan yoxdur: "Artıq 9 gündür ki, Salyan rayonunda işıqlar yanmır. Buna görə dükanlar, məktəblər və əhalinin maddi və mənəvi tələbatın ödəyən digər müəssisələr öz fəaliyyətin dayandırıb. Bununla bağlı aidiyyatı qurumlara müraciət etsək də bizə bildirirlər ki, Bakıdan əmr gəlib ki, bəs, "Avropa Oyunları ilə əlaqədar xərclərin çoxalması ilə bağlı işıqları söndürün".
Sakinlərdən aldığımız məlumata görə, Qaraçala qəsəbəsi, Yolüstü, Aydıngün, Arxarası, Xələc, 1-ci Varlı, 2-ci Varlı, Kərimbəyli, Düzənlik, Qarabağlı, Çadırlı və digər kəndlərə 9 gündür ki, elektrik enerjisinin verilişi dayandırılıb. Ümumilikdə isə 20-ə yaxın kəndin vəziyyəti eynidir.
Kənd sakinlərinin dediklərinə görə, elektrik enerjisinin olmaması həyatlarını iflic edib: "Elektrik enerjisinin olmaması, bizi yaman günə salıb. Məktəblər bağlanıb. Evlərimizi güclə qızdırırıq. Marketlər demək olar ki, işləmir. Soyuducular işləmədiyi üçün, dükan sahibləri ziyana düşüblər. Heç birimizin elektrik borcu da yoxdur. Vaxtı-vaxtında elektrik enerjisinin pulunu veririk. Gündüzlər birtəhər yola vermək olur. Gecələr işimiz çətinə düşür. Heç yerdə işıq yanmadığı üçün küçələr, həyətlər qaranlığa bürünür. Oğurluq halları çoxala bilər. Aidiyyatı qurumlar bir tədbir görsünlər və elektrik enerjisinin verilməsini bərpa etsinlər. Olmasa bütün kəndlər birləşib, aksiya keçirəcəyik. Bizi buna məcbur etməsinlər"./musavat/
909 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...