Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Corc Buşun Venesuelaya girişi qadağan olundu

Venesuela prezidenti Nikola Maduro ölkəsindəki amerikalı diplomatların sayının azaldılacağını açıqlayıb.

Dövlət başçısı bu barədə təlimat verdiyini bildirib.

Bundan başqa, Venesuelaya gələcək ABŞ vətəndaşlarından viza istəniləcək və bəzi siyasətçilərin ölkəyə girişi qadağan ediləcək. Nikola Maduro ABŞ-ın Venesuelanın daxili işlərinə qarışması səbəbi ilə bunu etmək məcburiyyətində qaldıqlarını söyləyib. O, ABŞ-ın Venesuelada 100, Venesuelanın isə ABŞ-da 17 diplomatının olduğunu deyib.

Venesuelanın ölkəyə girişinə qadağa qoyacağı ABŞ siyasətçiləri arasında keçmiş prezident oğul Corc Buş, keçmiş vitse-prezident Dik Ceyni, Senatın xarici işlər komitəsinin keçmiş sədri Bob Menendez və Florida ştatının Senatının keçmiş başçısı Marko Rubio kimi şəxslər var.

ABŞ ötən ay insan haqlarını pozmaqda gühahlandırdığı bəzi venesuelalı səlahiyyətlilərə viza məhdudiyyətləri tətbiq edib. Venesuela prezidenti daha əvvəl ABŞ-ı ölkəsindəki müxalif qruplarla əməkdaşlıq edərək onu devirməyə çalışmaqda ittiham etmişdi.
675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41