Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Bakıda 57 yaşlı kişi özünü asıb

Ötən gün saat 20:20-də Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.

Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən verilən məlumata görə, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Yeni sahə adlanan yaşayış massivində evlərin birində asılmış kişi meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, meyit 57 yaşlı Yavər Süleyman oğlu Cabbarzadədir. Müayinə zamanı onun intihar etdiyi məlum olub.

Yaxınlarının verdiyi məlumata görə, Yavər Cabbarzadə əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./apa/
889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı