Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Misir paytaxtını dəyişir

Misir hökuməti Qahirədən şimalda yerləşəcək yeni paytaxta köçəcək.

Hazırda təzə paytaxtın salınmasına lazım olan 65,33 milyard dollarlıq layihə ilə bağlı müqavilənin imzalanmasına dair Yaxın Şərqdən olan şirkətlərdən biri ilə danışıqlar gedir. Onun adı açıqlanmır.


Misirin ədliyyə naziri Əşrəf Salman qeyd edib ki, böyük ehtimalla, bu ay Şarm-əl-Şeyxdə keçiriləcək konfransda layihəyə “yaşıl işıq” yandırılacaq. Bundan sonra tikinti başlayacaq.


İlkin hesablamalara görə, təzə paytaxtın inşası 12 il çəkəcək. Şəhərin adı hələlik tam dəqiqləşməyib.
751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59