Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Suriyada Dəməşq-Dəra-Qunaytara üçbucağında taleyüklü döyüşlər başlayıb

Suriya ordusu və tərəfdar qüvvələr ölkədə “Ölüm üçbucağı” kimi tanınan Dəra, Dəməşqətrafı və Qunaytara əyalətlərinin kəsişdiyi strateji bölgəni qruplaşmalardan almaq üçün irimiqyaslı hücuma keçib.

İnterAz-ın "al-Mayadeen"-ə istinadla verdiyi xəbərə görə, sözügedən bölgədə bir neçə kənd geri alınıb.

Mənbənin məlumatına görə, elə əməliyyatın ilk günündə Suriya ordusu “Ölüm Üçbucağını” dörd min raket və mərmi ilə hədəfə alıb. Nəticədə qruplaşmalar bir sıra bölgələri tərk etməli olublar.

Döyüşlər suriyanın digər əyalətlərində də davam edib.

Suriya İnsan hüquqları Müşahidə Qrupu bildirib ki, kürdlər Kobani ətrafında və ər-Riqqa əyaləti ərazisində geri aldıqları kənd və qəsəbələrin sayını 300-ə çatdırıblar
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
Go to TOP