Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Milli Şura bu gün BŞİH-ə müraciət edəcək

Milli Şura bu gün mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib. O bildirib ki, manatın ucuzlaşması nəticəsində bazarda olan qiymət artımlarını əsas götürərək, Milli Şura 15 mart tarixində Məhsul stadionunda mitinq keçirməyi qərarlaşdırıb. Mətbuat xidmətinin rəhbəri bildirib ki, mitinqə digər partiyaların dəvət olunması müzakirə edilməyib. Lakin onların iştirakına da məhdudiyyət qoyulmur.

Qeyd edək ki, ötən həftə AXCP mitinq keçirmək üçün Milli Şuraya müraciət etmişdi.
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43