Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

"ABŞ-dan maaş alan jurnalistlər..."

Bu gün Prezidentin Zuğulba iqamətgahında keçirilən tədbirə dəvətlə bağlı Rauf Arifoğlu ilə Xədicə İsmayıl arasındakı müzakirələrə “Yeni Müsavat” qəzetinin baş redaktor müavini və Rauf bəyin qardaşı Azər Ayxan da reaksiya verdi.

Azər Ayxanın bir neçə dəqiqə öncə yazdığı “feysbuk” statusunda ad çəkməsə də, kimi nəzərdə tutduğunu müəyyənləşdirmək çətin deyil. Statusu təqdim edirik:

“Amerikanın AzTV-sində işləyənlər, ABŞ-ın dövlət büdcəsindən maaş alanlar, xarici kəşfiyyatın ötürdüyü məxfi məlumatlarla jurnalist "araşdırması" aparıb qəhrəman olanlar öz ölkəsinin prezidenti ilə görüşən redaktorları az qala vətənə xəyanətdə suçlayırlar. O görüşdə mətbuatın problemləri haqda dövlət başçısına məlumat verilməsini, prezidentin bu problemlərin həlli istiqamətində verdiyi göstərişləri bir kənara qoyuram. "Jurnalistin mövqeyi olmamalıdır, jurnalist kiməsə mükafat verməməlidir, jurnalist dövlətdən ev almamalıdır, yardım almamalıdır" deyən həmkarlarımız... haqlıdırlar. Amma niyə özləri başqa bir dövlətdən maaş alır, mükafat alır, məxfi informasiyalara çıxış əldə edirlər? Və Amerikadan maaş, informasiya, həmçinin başqa şeylər alan təmizlik mücəssəməsi olan həmkarlarımız bir cümlə ilə də olsun çörəyini yedikləri dövlətin (Amerikanın) siyasətini tənqid edə bilərlərmi, Vaşinqtondan gələn göstərişlərdən, tapşırıqlardan boyun qaçıra bilərlərmi, "Amerika prezidenti filan məsələdə düz etmədi, o, istefaya getməlidir" yaza bilərlərmi? Hətta bunu “facebook” statuslarında da yaza bilməzlər! Buyurun, ortaya nümunə qoyun, Amerikanın işçisi olmaqdan imtina edin, onun məsələn, Misirlə bağlı siyasətini tənqid edin, biz də baxaq "halal olsun" deyək və sizin bu nümunəvi davranışınızdan örnək alaq, "əsl jurnalist belənçik olmalıdır" deyək)). Nə deyirsiz, varmısınız, yoxmusunuz?”
2331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı