Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Bakıda yeni tikilən ticarət mərkəzi çökdü

Bu gün Nizami rayonu ərazisində tikinti işləri aparılan binada uçqun baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, iş görülərkən tikinti gedən binada fəhlələr də olub. Onların uçqun altında qaldığı ehtimal olunur. Lakin bu, sadəcə gümandır və fakt hələ təsdiqlənməyib.

Hadisə 8-ci kilometr bazarının (“Vosmoy bazarı”) arxasında gedən tikintidə baş verib. 4 mərtəbəli ticarət mərkəzinin tikintisi zamanı qəza baş verib. Binanın ikinci mərtəbəsinin tikintisi gedərkən qəza beton tökülən zaman baş verib. Betonun ağırlığına tab gətirməyən dirəklər qırılıb və beton kütləsi birinci mərtəbəyə tökülüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları cəlb olunub. Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb./virtualaz/
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP