Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

"Qərb insan hüquqları adı altında öz geosiyasi maraqlarını həyata keçirir"

İŞİD-in hərəkətlərini heç bir halda İslam dəyərləri ilə səhv salmaq olmaz

Qərb dövlətləri insan hüquqlarının qorunmsı zərurəti adı altında öz geosiyasi maraqlarını həyata keçirirlər, bununla da Yaxın Şərq və Şimali Afrikada terror fəaliyyətinin inkişafına səbəb olurlar.
"RİA Novosti" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Cenevrədə BMT-nin İnsan Haqları üzrə Şurasının yüksək səviyyəli toplantısı çərçivəsindəki çıxışı zaman bildirib.
O, xüsusilə İŞİD qruplaşmasının hərəkətlərinə diqqət çəkib və bildirib ki, bunu heç bir halda islam dəyərləri ilə səhv salmaq olmaz, çünki həmin qruplaşma müxtəlif qruplar hesabına yaradılıb: "Bu qruplar bəzi böyük dövlətlərin strateji maraqları, qlobal və regional təhlükəsizlik sahəsindəki səriştəsiz addımları nəticəsində yaranıb və inkişaf edib. Yeri gəlmişkən, bunların hamısı insan hüquqlarının qorunması adı altında ört-basdır edilib".
İran XİN rəhbəri nəyə görə hazırda böyük sayda insanların ekstremist ideologiyalara meyilli olduqları və bu kimi qruplaşmalara qoşulduqları, bizim qəddar terrorçu adlandırdığımız hərəkətlərdə iştirak etdiyi barədə düşünməyə çağırıb.
"Dəhşətlisi odur ki, İŞİD terrorçuları dinc insanların başını kəsir və eyni zamanda, heç bir ləhçə belə olmadan təmiz Avropa dillərində danışır. Qruplaşmaya cəlb olunan bir çox insan bildirir ki, Qərb demokratiya ruhunda tərbiyə olunan və təhsil alan qrupların bu dəyərlərdən uzaqlaşmasına gətirib çıxaran səbəb sistemdə mövcud olan çatışmazlıqlardır", - nazir qeyd edib./report/
1117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP