Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Sərnişin yol polislərinə bıçaqla hücum edib

Martın 1-də Bərdə rayonunda polisə qarşı müqavimət faktı qeydə alınıb. Saat 01 radələrində Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektorları Əliyev Ülfət Əli oğlu, İsgəndərov Şərif Şəmsəddin oğlu, Qasımov Vasif Elman oğlu Bərdə şəhəri, İ.Qayıbov küçəsində xidmətdə olarkən “VAZ 21074” markalı, 90-HA-227 dövlət qeydiyyat nişanlı avtomaşın yolun qarşı hərəkət zolağına çıxdığı üçün ona saxla işarəsi veriblər. Lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib və yaxınlıqdakı tikilinin həyətinə daxil olaraq avtomaşını saxlayıb. Polis əməkdaşları sürücü Mehdizadə Elgiz Dadaş oğluna yaxınlaşaraq sənədlərini təqdim etməsini istəyiblər. Bu zaman avtomobilin qabaq oturacağında oturan sərnişin Şirinov Hünər Əli oğlu avtomaşından düşərək polis əməkdaşları ilə mübahisə edib. O, hətta cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hücum edib. Bildirilir ki, polis əməkdaşları H.Şirinovdan ərazidən uzaqlaşmasını tələb ediblər və sürücü Elgiz Mehdizadəni həkim müayinəsinə aparmaq istəyiblər. Lakin tabeçilik göstərməyən H.Şirinov bıçaqla yol polisinin “BMW” markalı xidməti avtomaşının sağ qabaq və arxa şinlərini deşib./lentaz/
998 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP