Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Terrorçuların işğal etdiyi şəhər azad olundu

Çad hökumət qoşunları Nigeriyanın şimal-şərqində yerləşən Dikva şəhərini “Boko Haram” terrorçu qruplaşmasından azad edib.

TASS-ın istinadən məlumatına görə, bu barədə Çad Silahlı Qüvvələrinin nümayəndəsi Azem Bermandua bildirib.

“Şəhər tam olaraq nəzarətimiz altındadır. Əməliyyat nəticəsində 1 əsgərimiz həlak olub, ekstremistlər isə çoxsaylı itkilər verib”, deyə A.Bermandua bildirib.

Məlum olduğu kimi, Çad ordusu 2015-ci ilin fevralından etibarən Nigeriya ərazisində “Boko Haram” terrorçu qruplaşmasına qarşı əməliyyatlarda iştirak edir. Həmçinin, rəsmi Ncamena Kamerun və Niger-Nigeriyanın sərhədinə qoşunlarını göndərib./apa/
1131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
Go to TOP