Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Milli qəhrəmanın qardaşı iş axtarır

Milli Qəhrəmanın qardaşı acı reallıqla üz-üzə qalıb. Evi olmadığından anbarda yaşamağa məcbur olan Faiq Mustafayev yaxında burdan da məhrum olacaq. Belə ki, ona, yaşadığı anbarın bir həftəyə söküləcəyi barədə xəbərdarlıq olunub. İş tapa bilməməsi isə onu çıxılmaz vəziyyətə salıb.

Faiq Mustafayev deyir ki, bir neçə il Rusiya Fedarasiyasında işləyib. Qardaşı Şaiq Mustafayev Qarabağ döyüşlərində şəhid olandan sonra o, vətənə üz tutmaq məcburiyyətində qalıb. Ailəsi ilə boşanan müsahibim böyük bir marketin anbarında özü üçün otaq düzəldib məskunlaşmalı olub. Və qohumlarının yardımı ilə dolanıb.

Ancaq günün birində market sahibinin anbarı sökəcəyi haqqında qərar çıxarması müsahibimi çıxılmaz hala salıb. Faiq Mustafayevin sözlərinə görə, onun 60 yaşı var. Buna baxmayaraq hər cür bacarığı var. Məsələn, yemək bişirir, qeyri-adi dizaynda taxtadan fiqurlar düzəldir. Hətta cəldliyinə belə söz ola bilməz. Onun adi qəpiklərlə hərəkəti isə 60 yaşlı dayının necə cəld olmasından xəbər verir.

Bundan başqa bir neçə il idmanla məşğul olan müsahibim xatırladığı fəndləri nümayiş də etdirdi. Amma nə fayda, bütün bu bacarıqlara malik olan Faiq Mustafayev indiyə kimi özünə heç bir iş tapa bilmir. Hara gedirsə deyirlər ki, sənin 60 yaşın var. Problemlə bağlı Sosial Müdafiə Nazirliyinə də müraciət edib.

“İstiyərəm ki, işləyim pul qazanım. Əlimdə pulum olsun, həm özümü dolandırım, həm də kirayə tutub pulunun ödəyə bilim. Hara müraciət edirəmsə deyirlər ki, bizə 60 yaşında olan bir işçi lazım deyil” – deyə şikayətçi Fariq Mustafayev bildirib./ans/
1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı