Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Venesuela ABŞ-a vaxt verdi

Venesuela hökuməti ölkədki ABŞ səfirliyindən diplomatik heyətini kəskin ixtisar etməsini tələb edib.

Venesuelanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyi işçilərinin sayının azaldılması üçün Vaşinqtona iki həftə vaxt verib. Nazirlik bildirib ki, Venesueladakı 100 diplomatından kimləri geri çağırmaq qərarını Vaşinqton verməlidir.

XİN-in bəyanatında deyilir ki, Venesuela ölkədə yalnız 17 ABŞ diplomatının qalmasına icazə verir. Vaşinqtondakı Venesuela sıəfirliyində məhz bu qədər diplomatın işlədiyi vurğulanır. Bundan bir qədər əvvəl Karakasın adları çəkilməyən bir neçə ABŞ rəsmisini Venesuelaya buraxmadığı xəbər verilmişdi. Bu rəsmilər Venesuelanı korrupsiyada və insan haqlarının pozulmasında ittiham ediblər.
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber