Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Ruhullah Axundzadədən Milli Məclisə Müraciət

Azərbaycan Respublikası Milli Məclisinin
hörmətli deputatlarına
Surəti: Kütləvi İnformasiya vasitələrilə
Azərbaycanın bütün ictimaiyyətinə və
eləcə də Müsəlman Xalqına

MÜRACİƏT
(Müzakirə üçün)
Bağışlayan və Rəhm edən Allahın adı ilə!
“Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünmədən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”.
“Mömin qadınlara de ki,(başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Öz zinət və bəzəklərini, onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni) naçarlıqdan öz özlüyündə görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla çölə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtürülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (zinət yer)lərini ərlərindən, atalarından, qaynatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərdən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xal-xal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. Nur surəsi 30-31-ci ayələr.
Qovulmuş şeytanın vəsvəsəsindən Allah (c.c)-a, Onun Peyğəmbəri (s.ə.v.s) və Əhli-Beyti (ə.s)-lara pənah apararaq Siz Azərbaycan müsəlman Xalqına, cəmiyyət nümayəndələrinə, Rəhbərlərinə, Qurani-Kərimin Nur surəsinin iki ayəsini yada salmaqla boynuma düşənə əməl etməyə təşəbbüs göstərdim.
Belə ki, Azərbaycanımız müstəqil olandan sonra dini ayinlərin aşıq-aşkar təbliği, əqidə sahiblərinin əqidələrini, məslək və məramlarını, yaxınlarına-cəmiyyətə öyrətməyə, Allah-Təalanın halal və haramını bilməyənlərə dərs deməyə və ən əsası Qurani-Kərimi və Peyğəmbəri İslamın sünnəsini mənimsəyib yaymağa başlamaq üçün məscidləri təmir edib və ya yeni Allah evləri inşa etməyi əsas işləri qərar verdilər.
Bu zaman şeytan (Allahın ona və onu dinləyənlərə lənəti olsun) və dəstəsi də fəaliyyətlərini genişləndirərək 20% torpağı işğal olunmuş Azərbaycanımızın 80%-lik ərazisində yaşayan millətimizin mənəvi işğalını əsas məram və məqsədlərini həyata keçirtmək üçün maddiyyat və yeni proqramlarla “hücuma” keçdilər. Və ən əvvəl “dünyəvi”yik deyə, tolerantlıq bəhanəsi ilə fəhşəliyin (bütün günahların cəmi) təbliğini Milli Məclisdə “qanuni”ləşdirdilər.
Dünyəviyik sözü hər bir zaman, istər 1990-cı, istər 2000-ci, istərsə hal-hazırkı 2015-ci illərdə Azərbaycan əhalisinin 96%-i müsəlman olduğu , Ölkə Rəhbəri, Milli Məclis, Qafqaz Ruhanilər İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən açıq-aşkar bəyan edilib və edilir. Sual ortaya çıxır. Müsəlamanıqsa bəs görəsən müsəlmançılığımız nə ilə təsdiqini tapır? Əgər təkcə dildə şəhadət demək, oğlan uşağını sünnət etdirmək və rəhmətə gedəndə kəfənə bükərək molla tərəfindən məzara qoyulub 3-7-40-nı yeyib-içməklə, Yasin oxumaqla müsəlman sayılırıqsa, o halda 124 min Peyğəmbərlərin Dünyaya gələrək Allahın halalını və haramını bildirmələri, Dünyanın keçici bir diyar, məskən olduğu, Axirətin, yəni öləndən sonra əbədi yaşayış yerinin cənnət və ya cəhənnəm olmasını, bu məskənlərdə əbədi yaşayanların hesab-kitabı, yəni məhkəməsi Hakim Allah-Təala tərəfindən keçiriləcəyini bəyan etmələri nə üçündür?
Hörmətli cənablar, xanımlar, Ruhani Alim, mömin kişi və qadınlar, yolunu azanlar, dinini riyakar kimi ayaq altına qoyanlar, Ölkə Rəhbəri, Milli Məclis üzvləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Rəhbərliyi, Qafqaz Ruhanilər İdarəsi, 600-dən çox qeydiyyatdan keçmiş və 1000-dən çox qeydiyyatdan kənarda qalan dini icma və üzvləri! Sizdən xəbər alıram, mənə anladın! Bu gün ATV-də yayımlanan şou tamaşalardakı, soyunub reklam təbliği, elə həmin telekanaldakı “öz aramızda”kı aparıcının kişiyə yaraşmayan duruşu, mimikası, danışığı, milli adət-ənənələrimizə zidd danışıq və alçaldıcı jestlər... Xəzər TV-dəki Sevil-Sevinc bacılarının hansısa sionizm və ya Qərb şirkətlərinin proqramı ilə əyin-başlarını soyunub alt paltarlarını reklam etmələri, qadına qıza yaraşmayan hərəkət və ucadan gülmələri, məhrəm olmayan kişiləri qucaqlayıb öpmələri və digər TV kanallarında mütrüf yığıncaqlarına təşrif buyurmuş özlərini xalqın xanəndəsi və ya oxuyanı kimi reklam edən kişiciyəzlərin məhrəm olmayan qadın qızları qucaqlayıb öpmələri, bir-birlərinə sarılaraq rəqs etmələri və elə Ans, Space və Qərbin düşük təbliğatını aparan özəl telekanalizasiyalar, onların Lut qövmünün lənətə gəlmişlərinin nəsilləri olan aparıcıları (bu siyahını Sizlər artıra bilərsiniz). Budur müsəlmançılıq? Budur Allah-Təalaya itaətkarlıq? Budur qadına, qıza hörmət? Budur milli-adət ənənələrimizin keçmiş igidlər yetişdirmiş kəlağayılı xanımlarımıza qiymət? Azərbaycanımızn Həzisi, Nəbisi, Mehdisi, Mübarizi və digər igid qəhrəmanlarının vətəni beləmi Əli (ə.s)-a şiəlik əqidəsini rəhbər tuturlar?
Sizi and verirəm Allaha, deyin biz belə şoutamaşalarla Dünyaya, onda yaşayan digər millətlərə nə demək istəyirik? Bizim Xocalı faciəmiz var? Və ya bir milyondan çox qaçqınımız var? Və ya deyirik ki, ey sionizm quldurları, Qərb Allahsızları, biz adda müsəlmanıq, həqiqətdə isə şeytana qulluq edənlərik? Və ya darıxmayın erməniləri və sizləri müdafiə edən bizlər, xalqı dinsizləşdiririk, İrəvan, Göyçə, Zəngəzur, Borçalı, Dərbənd kimi Qarabağ, Xankəndi, Zəngilan, Laçın və digər ərazilərimiz yaddan çıxsın???...
Məhbus həyatı yaşadığımız müəssisədəki bəzi məhbuslar və eləcə də müəssisəyə təşrif buyurmuş ictimaiyyət nümayəndələri, DQDK əməkdaşları və digərləri ilə söhbətdə sualımız bu olmuşdur ki, bu sayaq təbliğatın ölkəni uçuruma aparmasına nə sözünüz? Budurmu demokratiya və tolerantlıq? Cavab birdir: “Biznes, öz-özünü maliyələşdirən, özəl telekanal, mən də etiraz edirəm”.
Mən yenə də keçmiş yazılarımdakı kimi bütün Azərbaycan Xalqına sual edirəm. Ölkənin əhalisinin neçə faizi narkotik istifadəçisi, neçə faizi qiçs daçıyıcısı və nəqədəri Lut qövmünün düçar olduğu bəlaya, Allah-Təalanın qəzəbinə tuş gələnlərdirlər?
15 saylı Cəzaçəkmə Müəssisəsində təxminən 700-750 məhbus var. Bunların 50%-i qiçsə tutulanlar, 40%-i narkotik qəbul ediciləri və ya kiçik “baronlar”, 15%-i Lut qövmünün lənətə gəlmişləridirlər. Hər 3 məhbusdan biri satqın, bir o qədəri qumarbaz və telekanalizasiyaların səpdiyi çirkab və natəmizliyi, fəhşəliyi canla-başla dəstəkləyənlərə çevriliblər.
Görəsən həyəcan siqnalının çalınmasının vaxtı keçməyib? Allah-Təalanın Dünya və Axirət əzabınımı istəyirik? Tövbə qapısı açıqdır...
Bunları Xalqın, Millətin əksəri istəməyir. Heç olmasa dediyiniz tolerantlıq, qərb demokratiyası xatirinə belə təbliğatın telekanallarda, ictimaiyyətin çox olduğu yerlərdə aparılıb-aparılmaması referenduma çıxarılsın...
Sonda Nur surəsinin iki ayəsi ilə müraciətimə müvəqqəti son qoyuram.
“Məgər göylərdə və yerdə olan hər bir kəsin, həmçinin (göydə) qanad aç(ıb uç)an quşların quşların, Allahı pak sifətlərlə mədh etmələrini, (qəlb gözü ilə) görmürsən?! Onların hər biri (xilqətdə verilmiş bacarığı və istəyi ilə) öz dua, itaət, namaz və zikrini bilmişdir. Allah onların etdiklərini bilir”.
“Göylərin və yerin həqiqi sahiblik və hökmranlığı Allaha məxsusdur. (çünki onların yaradılmaları, qorunmaları, idarə olunmaları və yox edilmələri-bunların hamısı onun istəyi ilədir) Və (həyata gəlib sonra ölən hər bir kəsin) qayıdış(ı) Allaha tərəfdir”. Nur surəsi 41 və 42-ci ayələr
Mən boynuma düşənə əməl etdim. Yəni yaxşı işə çağırıb pis işlərdən əl götürmək tapşırığına əməl etdim. Qaldı Ölkəyə Rəhbərlik edən, Milli Məclis üzvləri, Nazir və cavabdeh Azərbaycanlılar ki, Allah-Təalanın əmr və nəhylərinə necə əməl edəcəklər. 

“Qiyamət günü hər kəs öz rəhbəri ilə tanınar və əməllərinin əvəzini görər”...
Vəssəlam! 

İMZA: Axundzadə Ruhullah Höccətullah oğlu.
23-02-2015-ci il
04 cəmadiul əvvəl 1436-cı il 

Qeyd: Bu müraciəti dərhal yollaya bilmədim və 24 fevral 2015-ci il xəbərlərində Milli Məclisin növbəti iclasında toxunduğum məsələlərin bəzisinin müzakirə olunduğunu efirdən, radiodan eşitdim. Allah-Təala köməyiniz olsun. Biz gəlin Lut qövmü, Musa qövmü və Yusif (ə.s)-ın qardaşları kimi cahil olmayaq. Amin!
853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber