Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Rusiya ilə İran arasında yeni nüvə müqaviləsi imzalandı

Martın 2-də Rusiya ilə İran arasında Buşehr atom elektrik stansiyasına əlavə xidmətlərin göstərilməsi üçün müqavilə imzalanıb.

İnterAz-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiyanın "Rosenergoatom" dövlət şirkəti məlumat yayıb. Şirkətin baş icraçı direktoru Yevgeni Romanov "Russia today" agentliyinə müsahibəsində bildirib ki, müqaviləyə əsasən İranla nüvə sahəsində beş illik əməkdaşlıq edilməsi nəzərdə tutulur və "Rosenergoatom" Buşehrdə yeni atom elektrik stansiyasının inşasında iştirak edəcək.

Bildirək ki, hazırda Buşehr atom elektrik stansiyasında 1000 Meqavat gücündə nüvə reaktoru fəaliyyət göstərir və stansiya 2014-cü ildən etibarən elektrik enerjisi istehsal edir.

Qeyd edək ki, bundan əvvəl - 2014-cü ildə Rusiyanın "Rosatom" və İranın Atom enerjisi təşkilatı arasında Buşehrdə ikinci və üçüncü elektrik stansiyalarının tikintisi barədə sənəd imzalanıb.
1319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik