Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Tikinti bazarında bahalaşma

Azərbaycanda manat ucuzlaşandan sonra tikinti materialları bazarında əməlli-başlı durğunluq yaşanır. Bazara nə gələn var, nə də gedən. Çünki dolların bahalaşması ölkəyə xaricdən gətirilən tikinti materiallarının qiymətini artırıb. Bir çox materialların qiyməti artıq bahalaşıb. Ən çox bahalaşma taxtada hiss edilir. Əvvəllər taxtanın bir kubu 200-220 manata satılırdısa, indi 250 manata satılır. Taxta əsasən Rusiyadan gətirildiyi üçün dolların bahalaşması birbaşa qiymət artımına səbəb olub. Tikinti materialları bazarında boyaların və divar kağızlarının qiymətində də artım var. Bir sözlə, tikinti üçün lazım olan bütün materiallar ən azı 30 faiz bahalaşıb. Tikinti bazarında çalışan Əli Mehdiyev bildirib ki, bazarda alıcı olmasa da, qiymətlər bir qədər yüksəlib. Buna səbəb materialların dollarla xaricdən alınıb, ölkəyə gətiriləsidir. "Gözlənilir ki, yaxın aylarda qiymətlər daha da bahalaşsın."/analitik/
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:36
Na