Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

26 yaşlı Bakı sakinin meyiti tapılıb

Bakıda mənzildə meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış 1987-ci il təvəllüdlü Samir Tahir oğlu Süleymanov hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Həkimlər tərəfindən aparılmış ilkin müayinə zamanı S. Süleymanovun vəfat etdiyi müəyyən edilib.
1689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı