Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Şamil Basayevin yaxın adamı İstanbulda öldürüldü

“Turko” ləqəbli çeçen döyüşçü Qaim Saduev İstanbulda zəhərlənərək öldürülüb.

Qaim Saduev ötən həftə bacısı tərəfindən Çeçenistandan göndərilən tərəvəzdən zəhərlənib. O, dünən səhər saatlarında həyatını itirib.

Qaim Saduev uzun müddətdir ki, Rusiya və Kadırov rejimi tərəfindən hədəfdə olan adlardan biri idi. Qaim Saduevə göndərilən bitkiyə rus kəşfiyyatı tərəfindən zəhər qatıla biləcəyi ehtimal edilir.

Qeyd edək ki, Saduev dörd qardaşını çeçen-rus müharibəsi zamanı itirib. Ailə üzvlərinin Şamil Basayevlə yaxın əlaqəsi olub. Xüsusilə, qardaşları Yusif və Tahir Saduev Şamil Basayevin şurasında iştirak edib./axar/
940 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber