Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam. Vacib namazların qunutunda hər hansı bir dildə dua etmək olarmı?
Ad: Abdulla, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim

Cavab:

Bu suala təqlid mərcələrinin fətva və nəzərləri aşağıdakı kimidir:
Ayətullah əl-üzma Xamenei:
Bir maneçiliyi yoxdur.

Ayətullah əl-üzma Sistani:
Əgər qünutun zikr və duası ərəb dillindən qeyri dildə oxunsa, o qünutun gerçəkləşməsi iradlıdır (yənu bu qünutu əvəz etmir və kifayət deyil). Lakin onun namazı düzgündür.
Əgər qünutda onun zikr və duasını ərəbcə oxusanız, sonra öz dilinizdə dua etsəniz, onda qünut düzgündür (həmçinin namaz da düzgündür). 

Ayətullah əl-üzma Behcət:
Daha zahir qeyri-ərəb dilində oxunmasının icazəli olmasıdır, lakin hər dildə oxunulsa gərək düzgün oxusun ki, qünut barədə vəzifəsini yerinə yetirmiş olsun.

Ayətullah əl-üzma Vəhid:
Vacib və ya müstəhəb namazlarda qünutu qeyri-ərəb dilində oxumaq namaza zərər yetirmir və namaz düzgündür. Lakin namazqılanın qünut barədəki vəzifəsi yerinə yetirilməmiş olur və ərəbcə oxunmalı olan duadan kifayət etmir. Əlbəttə, dua Allahla munacat formasında olmalı və Allahdan qeyrisinə xitab edilməməlidir. 

Ayətullah əl-üzma Məkarim:
Namazın qünutunun və digər zikrlərinin qeyri-ərəbcə oxunması icazəli deyil. 
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı