Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Samirranın küçələrində qələbə-bayram şənlikləri bərpa edilib!

Nur-az.com-un farsnews.com-a istinadən:
İraq hərbi qoşunlarının Səlahəddin vilayətindəki son müvəffəqiyyətləri xalq arasında böyük əks-sədaya səbəb olub. Alsumaria.tv/news-un verdiyi məlumata əsasən, artıq ötən bazar ertəsindən başlayaraq Samirra şəhərinin küçələrində xalq tərəfindən təhlükəsizlik qüvvələrinin nəqliyyat vasitələri ilə müşayiət olunan böyük qələbə yürüşləri keçirilir və hamı elliklə bayram hissinə qərq olub. Maşınlarda terroristlərin əsir və cəsədləri xalqın arasından keçirdilərək nümayiş etdirilir.
Cəbhə bölgəsindən verilən xəbərlər Səlahəddin vilayətində ardıcıl olaraq terrorist qüvvələrin tutduğu ərazilərin azad edildiyini göstərir.

İraqın baş naziri cənab Heydər əl-İbadinin Səlahəddin vilayətinin azadlığı ilə əlaqədar bazar günü verdiyi əmri üzrə ölkənin təhlükəsizlik və könüllülərdən ibarət birləşmiş qüvvələrinin geniş miqyasda başladığı Tikrit əməliyyatı indiyə qədər həmin məntəqədə bir çox ərazilərin azadlığı ilə başa çatıb. Əməliyyatın komandiri deyib ki, artıq İŞİD-in terrorist ünsürləri geri çəkilərək Neynəva vilayətinə (Musilə) doğru qaçmaq üzrədirlər.
973 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58