Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

İŞİD 6 nəfərin əlini niyə kəsdi?!

İŞİD təkfirçi terrorçuları Mosul əhalisindən olan 6 nəfərin əlini mobil telefondan istifadə etdikləri üçün kəsdilər.
Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, Neynəva əyalətində İraq Kürdüstanı Demokratik Partiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səid Məmuzini bu barədə əs-Suməria News portalına bildirib.
O deyib: İraq ordusu və könüllü xalq qüvvələri qarşısında müxtəlif cəbhələrdə ardıcıl məğlub olan təkfirçi terrorçular olduqca çox əsəbləşirlər. Psixi gərginlikləri pik həddinə çatmış terrorçular onların qanunlarını pozan şəxslərə qarşı daha vəhşi cəzalar tətbiq edirlər.
S. Məmuzini bildirib: Təkfirçilər Mosulun Babil məntəqəsində 6 iraqlını mobil telefon istifadə etdikləri üçün bir-birinin ardınca əllərini kəsməklə cəzalandırıb!
Son zamanlar İŞİD terrorçuları Mosulda şəhər əhalisinə telefon işlətməyi qadağan etmişlər. Buna səbəb kimi isə, İraq dövləti və təhlükəsizlik qüvvələrilə əməkdaşlıq etmək və onlara məlumat ötürmək ehtimalı göstərilmişdir.
884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP