Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

"Vicdanıma and içirəm"...

Ekspert Zakir Həsənova səsləndi: "Vicdan;ma and içirəm"...
Müdafiə naziri Zakir Həsənov rəhbərlik etdiyi nazirlikdən məlumat sızdıranların axtarışına çıxıb.


Mia.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov «Facebook»da özünün şəxsi profilində yazıb. Onun statusunu olduğu kimi təqdim edirik:

«Dünən dostlardan biri mənə şok yaradacaq məlumat verdi. Bu haqda inşallah sabah ətraflı məlumat olacaq mətbuatda. Sən demə, Müdafiə Nazirliyinin rəhbərliyi (Zakir Həsənov-Nəcməddin Sadıkov tandemi) oturub xeyli müzakirə ediblər ki, Müdafə Nazirliyində aparılan kadr islahatları və digər hoqqabazlıqlarla bağlı məlumatları mənə kim ötürürmüş?

Və qərar veriblər ki, bunu bir polkovnik, bir də general-mayor olan yoldaşlar guya edirlərmiş. Və hər 2 şəxsi vəzifələrindən uzaqlaşdırılıblar.

Vicdanıma and icirəm ki, o xəbərlər mənə həmin 2 insandan gəlməyib. Bu xəbər artıq iki gündür ki, mənə rahatlıq vermir. İnşallah, çox yaxın günlərdə mətbuat konfransı keçirib bu haqda sözümüzü deməyi planlaşdırırıq.

Bəribaşdan burdan bildirirəm ki, hörmətli Zakir müəllim Həsənov, sizin özünüzün də xəbəriniz olmadan sizdən bir qədər aralı qonşu otaqda oturan birinci müavininiz general-polkovnik N.Sadıkov sürətlə sizi ictimaiyyətin gözündən salmaqla məşguldur.

Mənim güdazıma verilən polkovnikin yerinə Milli Məclis rəhbərliyində təmsil olunan bir tanınmış adamın baldızı ərini həmən vəzifəyə təyin ediblər. Hamam suyu ilə özünə dost tutmaqda davam edən Baş Qərargah rəisi artıq bütün MN-də olmazın gərgin psixoloji atmosfer yaradıb. Bunu həm nazir kimi Zakir Həsənovun, həm də ölkə rəhbərliyinin bilməsi son dərəcə vacibdir. Mənə əvvəllər də, indi də bütün SQ üzrə çoxsaylı irili-xırdalı xəbərlər daxil olur. İndi ki, mənim güdazıma gedən o iki günahsız zabitlər ki MN-də yoxdurlar. İnsallah üzümüzə gələn həftə ərzində mətbuata o qədər maraqlı xəbərlər verəcəyəm ki, özünüz də mat-məətəl qalacaqsıznız.

Uğurlar Azərbaycan ordusuna. Uğurlar Azərbaycanın vicdanlı əsgər və zabitlərinə. Eyni zamanda, çox ayıblar olsun, o vəzifəli şəxslərə ki, kimlər vəzifəsindən sui-istifadə edərək intriqalar yaradır, peşəkarları müxtəlif bəhanələrlə SQ-dən uzaqlaşdırırlar».
2130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27