Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Qəhvə içənlərin arteriyaları "daha təmizdir"

Gündə bir neçə fincan qəhvə içmək arteriyaların tutulmasının qarşısını almağa kömək edə bilər, Cənubi Koreya alimləri deyir. Tutulmuş arteriyalar ürək ağrısının səbəblərindən biridir.

Alimlər iş yerində mütəmadi olaraq sağlamlıq yoxlamasından keçən 25 000-dən çox kişi və qadın işçini tədqiq edib.

Ölçülü şəkildə, yəni gündə 3-5 fincan arasında qəhvə içən işçilərin tibbi yoxlamalarında ürək ağrısının ilkin əlamətləri daha az ehtimallıdır.

Nəticələr qəhvənin ürək üçün yaxşı, yoxsa pis olması barədə müzakirələrə yenidən təkan verib.

Qəhvənin ürəyə necə təsir etdiyi barədə fikir ayrılığı uzun illərdir ki, davam edir, BBC News Online-da sağlamlıq üzrə redaktor Michelle Roberts deyir.

Bəzi tədqiqatlar qəhvənin qəbul olunmasını xolesterin və qan təzyiqi kimi ürəyə təhlükə kəsb edən faktorlarla əlaqələndirib. Digərlərisə deyirlər ki, qəhvə ürəyi müdafiə edə bilər.
938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber