Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Əli Kərimlidən mitinq- Çağırışı

AXCP sədri Əli Kərimli mitinq çağırışı edib.

Siyasətçi bu barədə, rəsmi facebook səhifəsində məlumat yerləşdirib.

O, hökumətin manatın məzənnəsinin salınması ilə bağlı açıqlama verməməsini, Avropa Yay Oyunlarında oyunçuların bütün xərclərinin Azərbaycan tərəfindən ödəniləcəyini mitinqin əsas səbəbləri kimi göstərib:

"Bu mitinqin sifarişi sizdən gəldi.

Biz yazırıq, tənqid edirik, ittiham edirik, izahat istəyirik. Hökumət susur, heç bir izahat vermir. Sizin də xeyliniz sual verirsiniz ki, xalqımıza qarşı bu təhqiramiz münasibətədəmi etirazımız yalnızca kompüter monitorları arxasından olacaq? Etiraz mitinqi keçirməyəcəyikmi?

Milli Şura olaraq sizlərin bu etirazını, təkliflərini, qınaqlarını haqlı bildik və mitinq keçirmək qərarına gəldik. Artıq ‪mitinq təyin olunub. Mitinq 15 mart (bazar günü), saat 15-də, İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən "Məhsul" stadionunda olacaq. Hamınızın iştirak edə bilməyiniz üçün mitinq icra hakimiyyəti ilə razılaşdırılacaq. Mitinqə gəlib etiraz edin ki, səsiniz eşidilsin!"
980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı