Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

04 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 04-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 04-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 04-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, martın 05-də gündüz arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
942 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz