Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Tehran Netanyahuya cavab verdi

İran XİN işğalçı İsrailin qondarma baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki nitqini pisləyərək, onun İran nüvə proqramına dair yalan yaydığını qeyd edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, qatil Netanyahu ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı İran hakimiyyətinin radikal olduğunu və dünya ictimaiyyəti üçün ciddi təhlükə yaratdığını bildirib.

İran XİN mətbuat xidmətinin rəhbəri Mərziyə Əfxəm Netanyahunun nitqinin çox “darıxdırıcı” olduğunu və onun İranın dinc nüvə proqramının məqsədlərinə dair yalan yaymaqda davam etdiyini qeyd edib.

Mərziyə Əfxəm işğalçı İsrailin qondarma baş nazirinin nitqinin hiyləgər bir şou olduğunu bildirərək, bunun uşaq qatili Netanyahunun seçkiqabağı kampaniyasının tərkib hissəsi təşkil etdiyini qeyd edib.
700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...