Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Yüksək səslə danışanlara iradını bildirən Bakı sakini bıçaqlandı

Azərbaycan dünyanın ən təhlükəki ölkəsinə çevrilib

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Qara Qarayev prospektində yerləşən binanın həyətində qeydə alınıb. Həmin binada yaşayan 1967-ci il təvəllüdlü Məmmədov Vüqar Aslan oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Cərrahiyyə əməliyyatından sonra Vüqar Məmmədovun həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib. İlkin məlumata görə, zərərçəkən Vüqar Məmmədov hadisədən əvvəl binanın həyətində yüksək səslə danışan şəxslərə iradını bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslərdən biri Vuqar Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq, hadisə yerindən qaçıb./apa/
1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber