Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Əsəd Ərdoğanı təkfirçiləri dəstəkləməkdə ittiham etdi

Suriya prezidenti Bəşər Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “şəxsi ambisiyaları” naminə ekstremistlərə dəstək verdiyini bildirib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə SANA Suriya dövlət xəbər agentliyi məlumat yayıb.

“Ərdoğan himayədarlarını və öz ambisiyalarını təmin etmək üçün təkfirçi və sair qüvvələri dəstəkləyir”, deyə SANA prezidentin Türkiyənin Vətən Partiyasının baş katibi Doğu Perinçek ilə görüşündə səsləndirdiyi sözlərini sitat gətirib.

Əsəd qeyd edib ki, xalqlar terrorçuluğu dəstəkləyən hökumətlərə təsir etməlidir, çünki bu bəladan qurtulmaq üçün terrorçularla sadəcə mübarizə aparmaq kifayət etmir.

Doğu Perinçek, öz növbəsində, Suriya böhranının nizamlanmasının zəruriliyini qeyd edib: “Bəşəriyyətin ürəyi Suriyada döyünür. Suriya böhranının nizamlanması bütün dünyada sülhün açarıdır”.

Türkiyə nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Suriyada böhranın dərinləşməsini arzulayanlar, bu ölkəyə silah-sursat və silahlıları tədarük edənlər anlamalıdır ki, onlar bununla öz ölkələrində də problemlər yaradır, çünki terrorizmin sərhədləri yoxdur və bu onların özlərinə qayıdacaq”.

Qeyd edək ki, Doğu Perinçek Dəməşqə qeyri rəsmi səfərə gəlmiş Türkiyə nümayəndə heyətinə rəhbərlik edir. Nümayəndə heyətinə Türkiyə hökumətinin və parlamentinin keçmiş üzvləri daxildir. Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Suriya XİN rəhbəri Valid Müəllemlə də görüşərək terrorla mübarizə məsələlərini və Türkiyə hökumətinin Suriya böhranında rolunu müzakirə ediblər.

Xatırladaq ki, martın 1-dən terrorçu "Azad Suriya Ordusu"nun (ASO) silahlılarının təlimi və silahlandırılmasını nəzərdə tutan Türkiyə-ABŞ proqramının reallaşdırılmasına başlanılıb. Bu proqram Türkiyənin Kırıkkala əyalətində "ASO"-nun 2 minədək silahlılarının təlimini nəzərdə tutur.

"Azad Suriya Ordusu" terrorçularının silahlandırılmasını ABŞ, təlim türk və amerikalı hərbçilər tərəfindən həyata keçiriləcək.

"ASO" silahlı terrorçularının təlimi və silahlandırılması proqramında Türkiyədən başqa Səudiyyə Ərəbistanı və Qətər də iştirak edir.
759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber