Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Silahlı insidentin bəzi təfərrütları bəlli oldu

Zaqatalada baş verən silahlı insidentin bəzi təfərrütları bəlli oldu
Zaqatalada rayonun girişində maşında olan 4 nəfərin güllələnməsi ilə bağlı əməliyyat axtarış tədbirləri gücləndirilib. Əməliyyata güc orqanları ilə bərabər daxili qoşunların bölmələri də cəlb olunub. Rayonun giriş və çıxış hissələrində xüsusi postlar qurulub və ərazidən keçən bütün avtomabillər ciddi yoxlanılır.

Hadisə ilə bağlı yerli hüquq mühafizə orqanları heç bir açıqlama verməsələr də, aldığımız məlumata görə silahlı insidenti törədən şəxs və ya şəxslərin olduğu maşın bəlli olub. Həmin avtomobilin sahibi və dövlət nömrə nişanı məlum olmasa da, "VAZ 2107" markalı ağ rəngli "Jiquli" olduğu bildirilir. Həmin avtomabildən Balakən rayon sakini Rusiya vətəndaşı olan Əliqayev Vüsal Xəlil oğlunun idarə etdiyi 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına atəş açılıb.
Atəşə tutulan avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Bundan sonra "VAZ 2107" markalı maşında olan şəxs və ya şəxslər maşını gülləbəran edib. Avtomabildə olan sürücü və sərnişinlərin hamısı yaralanıb. Sərnişinlərin 3-də elə hadisə yerindəcə dünyasını dəyişib. Onlardan ikisi Balakən rayon sakinidir.
Qol və baş nahiyəsindən güllə yarası alan sürücü Vüsal Əliqayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hüquq mühafizə orqanları ilə bərabər rayon xəstəxanasından da yaralının vəziyyəti ilə bağlı hər hansı bir məlumat almaq mümkün olmayıb. Lakin yaralı Balakən rayon sakini Vüsal Əliqayevin uzun illər Rusiyada yaşadığı və rayona yaxın qohumlarının toy mərasimində iştirak etmək üçün gəldiyi bildirilir./dia/
1827 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP