Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Amnesty International Avropa Yay Oyunlarını boykot etməyə çağırdı

“Dünya Azərbaycan hakimiyyətinin parıltılı və dəbdəbəli təqdimatına aldanmamalıdır. Bu ölkədəki rejim dünyanın ən repressiv rejimləri sırasında yer alır”

Azərbaycanda keçiriləcək Avropa Yay Oyunları yaxınlaşdıqca beynəlxalq ictimaiyyətin ölkəmizə olan diqqəti də artır. Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” bu ilin yayında Azərbaycanda keçiriləcək Avropa Yay Oyunlarını boykot etməyə çağıran müraciət yayıb. Təşkilat Azərbaycanda insan haqları və söz azadlığına qarşı basqıların şiddətləndiyini, müxalif düşüncəli insanların təqib olunduğunu, hökumət əleyhinə fikirlər söyləyənlərin uydurma ittihamlarla həbsə atıldığını bildirib.
“Repressiyaların geniş vüsət aldığı Azərbaycanda Avropa Oyunlarının keçirilməsi planlaşdırılır. Təhdid, fiziki zorakılıq və tənqidçilərin həbsə atılması Azərbaycandakı rejimin “vizit kart”ına çevrilib. Hüquq müdafiəçiləri və fəallar hökuməti tənqid etdiklərinə görə saxta ittihamlarla həbs olunublar. Sağlamlığında problem olan həbsdəki müxaliflərə tibbi yardım göstərilmir”, - deyə müraciətdə qeyd olunur.
Beynəlxalq hüquq müdafiə təşiklatının Avropa və Mərkəzi Asiya üzrə təmsilçisi Con Delhauzen qeyd edir ki, dünya ictimaiyyəti Azərbaycan hakimiyyətinin “parıltılı və dəbdəbəli təqdimatına” aldanmamalıdır. Bu ölkədəki rejim dünyanın ən repressiv rejimləri sırasında yer alır.
“Amnesty İnternational” araşdırmaçı jurnalist Xədicə İsmayıl, hüquq müdaiəfçisi Leyla Yunus, eləcə də həbsdəki digər ictimai fəallara qarşı irəli sürülən ittihamların gerçək olmadığını qeyd edir. Təşkilat Avropa ölkələri üçün “bu kimi neqativ halların geniş vüsət aldığı” Azəbaycanda keçirilən Yay Oyunlarını boykot etməyin ən doğru yol olduğunu bildirir./azadlıq/
972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi