Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Laçının icra başçısı rayonun işğal gününü də korrupsiya ocağına çevirib

Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonun işğal gününün qeyd edilməsi mərasimini korrupsiya ocağına çevirib. Rayonun 2014-cü il büdcəsində bu məqsədlə xeyli vəsait ayrılıb. Vəsait başçıya yaxın MMC-nin hesabına köçürülüb və mənimsənilib. Məlumat Laçındakı mənbələrdən daxil olub.

Məlumatı dəqiqləşdirmək Satınalmalar üzrə Dövlət Agentliyi rəsmi saytında Laçın rayon İcra hakimiyyətinin sifarişlərinin siyahısını əldə etdik. Həqiqətən də 2014-cü ildə Laçın rayon İcra Hakimiyyəti “Laçın rayonunun 22-ci ildönümü ilə bağlı ədbirlərin keçirilməsi işlərinin satın alınması” üçün “Fərid MMC” ilə müqavilə imzalayıb. Müqavilənin ümümi məbləği 18 min 950 manatdır.

İşğal altında olan rayonların 2014-cü il üçün dövlət sifarişlərini da araşdırdıq. Laçın istisna olmaqla heç bir rayonda işğal günü ilə bağlı “bahalı tədbir” nəzərdə tutulmayıb.

İşğal günü tədbirləri ümimi yığıncaqdan və Şəhidlər Xiyabanını ziyarət etməkdən ibarət olur. Təbii ki, bu iki lokal tədbirə 18 min 950 manat büdcə vəsaitinin xərclənməsi ağlasığmazdır./istiqlal/
1050 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03