Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Ağ ev qatil Netanyahunu biabır etdi

Ağ evin adı çəkilməyən məmuru işğalçı İsrailin qondarma baş naziri Binyamin Netanyahunu emosiyalara qapılaraq siyasi səbirsizlik göstərməkdə günahlandırıb.

İşğalçı İsrail qondarma baş naziri Binyamin Netanyahu ABŞ konqressi qarşısında çıxışı zamanı nüvə probleminin həlli barədə heç bir alternativ variant təklif etməyib.

Bu sözləri ağ ev rəsmisinin sitatından qərb mətbuatı önə sürüb.

“İrandan sadəcə kapitulyasiya tələb etmək; bu plan deyil və heç bir hökümət bizi belə mövqe tutduğumuza görə dəstəkləyə bilməz. Baş nazir konkret fəaliyyət planı irəli sürmədi”- deyə jurnalistlərin həmsöhbəti bildirib.

O qeyd edib ki, Netanyahunun çıxışı “(İranda) nüvə probleminin həllinin vacibliyinə yox, rejimin dəyişilməsinin vacibliyinə” yönəlib.

Qeyd edək ki, daha əvvəl Vaşinqtonda çıxışı zamanı Netanyahu bildirib ki, “altılıq” ölkələr və İran danışıqları onun xoşuna gəlmir. Konqresdə alqışlansa da Netanyahunun təhrifçi və Amerikanı müharibəyə sürükləmək istəyi ölkədə birmənalı qarşılanmayıb./ans/
1289 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19