Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Piket keçirmək istəyən dəmiryolçu cəzalandırıldı

Cavanşir Qafarov: «Haqqımı tələb etdiyimə görə məni hədələdilər və işdən uzaqlaşdırdılar»

Uzun müddətdir ki, “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin qatar bələdçiləri üzləşdirkləri qanunsuzluqlarla bağlı haray çəkirlər. Ölkə başçısından tutmuş, digər aidiyyəti qurumlara qədər hər yerə müraciət etsələr də onların şikayətinə baxılmır. Sonucu dəfə 187 nəfər qatar bələdçisi ölkə başçısı Ilham Əliyevə növbəti məktubu ünvanladılar.
Onlar məktubda çalışdıqları dəmiryolu sistemində baş verən qanunsuzluq və özbaşınalıqlardan bəhs ediblər. Narazı dəmiryolçular bildirir ki, uzun illərdir bu problemlərdən müvafiq qurumlara dəfələrlə müraciət ediblər, lakin dövlət orqanları nədənsə, bu sistemdə baş verən qanunsuzluq və özbaşınalıqları görmək, problemləri həll etmək istəmir. Şikayətçi dəmiryolçular bildirir ki, QSC sədri Arif Əsgərov və onun müavini Əlirza Süleymanov, Sərnişindaşıma Departamentinin sədri Elyar Muradov, Bakı Vaqon Deposunun rəisi Rəhman Əbişov öz əməllərindən əl çəkmirlər. Bütün şikayətlərinin səmərəsiz olduğunu görən dəmiryolçular Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək, martın 2-də aksiya keçirmək üçün icazə istəmişdilər.
Ancaq, əldə etdiyimiz məlumatdan da aydın olur ki, narazı dəmiryolçuların problemini həll etmək əvəzinə, mitinq keçirmək istədiklərinə görə işdən kənarlaşdırmağa qərar veriblər. Belə ki, qatar bələdçilərindən Cavanşir Qafarov “Azadlıq”a açıqlamasında bildirdi ki, haqqını tələb etdiyinə görə rəsmi şəkildə işdən uzaqlaşdırılıb və təhdid edilib: “Bu gün işə gələrkən qatar rəisi məni çağırdı və bildirdi ki, sənin başını kəsərəm. Mənə deyir ki, sən parkda zibil yığmalısan. Mən buna etiraz etdim və mənim başımı niyə kəsəcəklərini, bu tapşırığı kimin verdiyini soruşdum. Daha sonra öz dediyi sözü mənim adıma çıxıb və mənim onu təhdid etdiyimi söyləyib. Onu da deyim ki, o məni məcbur edirdi ki, sərnişinlərin bəzilərini biletsiz qatara mindirim. Deyirdi ki, yuxarılara haqq verir və bunu etməlidir. Amma mən bilirdim ki, bu məni ilişdirmək üçün bəhanədir. Mən sərnişini biletsiz mindirdiyimə görə komissiya təşkil edib, məni məhv etmək istəyirdilər. Sonra məni həbslə hədələdilər. Guya haqqımda materiallar toplanıb. Bütün bunların səbəbi isə bizim mitinq qərarı verməyimiz və mənim bu haqda mətbuata açıqlamalarım olub. Nəhayət, rəsmi qaydada əmrimi verdilər və işdən uzaqlaşdırdılar. Guya, mən vəzifə səhlənkarlığı etmişəm, iş rejimini pozmuşam. Mən dəflərlə məhkəmədə də qalib gəlmişəm və mənə qarşı qərəz yaranıb. Mən 4 uşaq atasıyam və hüququmu tələb etdiyimə görə məni işsiz qoydular”./azadlıq/
823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:10