Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Stress beyninizi kiçildir

Stress beynimizdə bir çox problemlərə yol açır.

Stress hər kəsin qarşılaşdığı bir haldır. Stressli olduğunuz zaman beyninizdə qalıcı və keçici olan mənfi təsirlər yaşanır.

Əsəbiliyə səbəb olan kimyəvi dəyişiklik yaradır
Bir çox insan stressli olduğu zaman tərs, acıdil olurlar. Araşdırma zamanı stressin insan beynindəki sinapsların tənziminə kömək edən hipokampusun tərkibindəki molekullara zərər verdiyi müəyyən olunub. Nəticədə insanların sosiallaşması azalır, ətrafdakı insanlarla münasibət qurmaqdan qaçır, yaddaş və qavrayışla bağlı problemlər yaşanır.

Xroniki stress beyninizi kiçildə bilər
Stressli həyat beyninizdə hisslərə nəzarət edən və fizioloji funksiyalara cavabdeh olan bölgələrdəki boz maddənin azalmasına səbəb olur. Bu da yaddaş və öyrənməyə zərər verir.

Stressli hadisələr beyin hüceyrələrini öldürə bilər
Yeni məlumatlar öyrəndikcə beyində hipokampusda neyronlar ifraz etməyə davam etdirilir. Ancaq sürətli stress hipokampusdakı neyronların yaranmasını dayandırır və hüceyrələrin arasındakı əlaqənin sürətinə təsir edə bilər. Araşdırmaya görə sürətli stress içərisində olan insanların beynində daha çox miyelen ifraz edən hüceyrə və normaldan az neyron ifraz olunur.
1247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP