Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Kabab var kabab: Uzunluğu 180 metr

Kazanda ən üzün halal kabab hazırlanıb

Tatarıstanda 180 m uzunluqda kabab bişiriblər.

Kazanda keçirilən Euro-Asia Expo-2013 çərçivəsindən təşkil olunan aksiyanın iştirakçıları ümid edirlər ki, onların nailiyyəti Rusiya Rekordlar Kitabına və Ginnesin Rekordlar Kitabına daxil ediləcək. Kababı isə Tatarıstanın Nurlat rayonundakı uşaq evinə verəcəklər.

Kababın bişirilməsinə təxminən 200 nəfər cəlb edilib. Hazırlanmasında isə 200 kq ət və 500 kq kömür istifadə edilib. Əti baş aşpaz bişirməzdən bir gün əvvəldən "basdırıb".

Aksiyanın təşkilatçıları bildiriblər ki, kabab halal ətdən hazırlanıb. Onların sözlərinə görə, dünyada heç kim indiyədək belə ətdən belə rekord uzunluqda kabab bişirməyib. Bu aksiya halal ərzağın dinindən asılı olmayaraq bütün insanlar arasında populyarlaşmasına kömək edə bilər.

Əvvəl rekord uzunluqlu kababı Yoşkar-Olada (157 m), Kiyev və Riqada (150 m), İvanovoda (140 m) və Qaraçay-Çərkəzdə (120 m) bişiriblər.
day.az
1816 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı