Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Ölənlərdən ikisinin şəxsiyyəti məlum olub

Zaqatalada baş verən silahlı insident nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub

Zaqatalanın giriş-çıxışında postlar qurulub, maşınlar yoxlanılır

Azərbaycanın Zaqatala rayonunda baş verən silahlı insident nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub.

Onlardan biri Balakən rayonunun Mahmalar kənd sakini, 1981-ci il təvəllüdlü Cəfərov Vasif Rafiq oğlu, digəri 1979-cu il təvəllüdlü Bakı sakini Hüsənov Kamil Şamil oğludur.

Hadisəni törədənlərdən saxlanılan yoxdur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Zaqatalanın giriş-çıxışında postlar qurulub, maşınlar yoxlanılır.

Qeyd edək ki, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, “Hyundai” markalı maşına avtomatdan atəş açılıb.

Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.

Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Atəşə tutulan avtomobilin Balakən rayonunun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər./apa/
1758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber