Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

İran son texnologiya nüvə reaktoru tikmək istəyir

İran yaxın gələcəkdə nüvə tullantılarını enerjiyə çevirmək üçün plazma reaktoru tikməyə hazırlaşır.

Bu haqda İranın nüvə sahəsi üzrə rəsmisi Yusif Armudeli məlumat verib. Onun sözlərinə görə plazma reaktoru texniki yenilikdir və İran bu texnologiyanı işə salan bir neçə ölkədən biri olacaq.

Plazma reaktoru adi nüvə reaktorlarından fərqli olaraq tullantı qoymur. Texnologiya həmçinin neft tullantılarının enerjiyə çevrilməsində istifadə olunur.

Plazma reaktorları ABŞ, Yaponiya, Kanada və Fransanın ərazisində fəaliyyət göstərir.
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP