Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

İŞİD-in sabiq komandirinin maraqlı etirafları!

İŞİD-in Riyaz əl-Eyd adlı sabiq komandirinin terrorist qruplarından ayrılaraq hal-hazırda Türkiyə ərazisində naməlum bir məkanda gizləndiyi məlumat verilir. O, həmin ölkənin televiziya kanallarından birinə verdiyi müsahibədə bildirib ki, İŞİD adlı cərəyan yalnız qorxu və vahimə yaradan imperialist xarakterlidir və həqiqətdə din və İslamla heç bir rabitəsi yoxdur. Onlar yalnız əməl və rəftarlarına don geyindirmək üçün islami şüarlar səsləndirirlər və mahiyyətcə İslamdan tamam uzaqdırlar.

O özü bu qrupa İslam və din uğrunda cihad məqsədi ilə qoşulduğunu bildirib. Lakin sonralar İŞİD-ə onun bir elektrik mühəndisi məlum olduqda, telefon rabitələrinə gizli nəzarət və belə sistemlərdə iğtişaş törətmə kimi əməliyyatların rəhbəri təyin edilib.

Riyaz əl-Eyd deyir ki, İŞİD üçün İslam yalnız bir vasitədir. Məsələn, İslam və cihaddan heç bir məlumatı olmayan iyirmi yaşlı cavanlar rahatca dini əmir, hakim və s. təyin edilir və həqiqətdə onların əlindən yalnız baş kəsmək gəlir. Onların arasında Allaha ibadətdən başqa hər şeyə təzim var və çox asanlıqla istənilən ölkələrlə rabitəyə girirlər. Nəhayət, deyim ki, İŞİD-in məqsədi İslam dünyasını parçalamaq, tikə-tikə etməkdir.

Nur-az.com/qasemsoleimani.ir
830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP