Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

ABŞ-ın hərbi yardım təchizatı əl-Nüsrət cəbhəsinin əlində!

Nur-az.com-un abna.ir-a istinadən:
Son vaxtlar Suriya müttəfiq qoşunlarının Hələbdə qazandıqları müvəffəqiyyətlər orada yerləşən terrorist qrupları arasında çaxnaşma yaradıb və aralarında tez-tez daxili çəkişmələr müşahidə olunur. Buna misal olaraq əl-Qaidənin Suriyadakı qolu sayılan əl-Nüsrət cəbhəsi ilə daim Amerika tərəfindən yardım edilən nisbi qeyri-radikal “Suriya Həzm Hərəkatı” cərəyanı arasında baş verən son toqquşmadan sonra onların hərbi qərargahı bütövlükdə əl-Nüsrətin əlinə düşüb.

Məlumat verilir ki, tam Amerika hərbi təchizatı və əksəriyyəti tank əleyhinə nəzərdə tutulan raket növləri ilə təmin edilən bu qərargah əl-Nüsrətin ixtiyarına keçdiyindən indidən belə onlar bu silah-sursat növlərindən əməliyyatlarında istifadə edəcəklər. Artıq onlar bu nailiyyətlərini də, internet səhifələrində yayıblar.
877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı