Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Şəhərin mərkəzində gömrük işçisini güllələyib, 102 min manatını apardılar

Hadisənin Bakı Baş Gömrük İdarəsinin binasında baş verdiyinə dair iddialar var

Bir neçə gün öncə paytaxtın mərkəzində ofisə basqın olub. Hadisə fevralın 28-də saat 22 radələrində baş verib.

Naməlum şəxs Nəsimi rayonu, Kovereçkin küçəsində yerləşən ofisə basqın edib.

O, Bakı şəhər sakini 1963-cü il təvəlüldlü Ərfatsiyad Babayevi sol çiynindən güllələyib. Bundan sonra seyfdən 102 min manat pulu götürüb və ofisin arxa qapısından çıxaraq oradan uzaqlaşıb. Ə.Babayev xəstəxanaya daxil olub, vəziyyəti ağırdır.

Məlumata görə, Ə.Babayev Gömrük Komitəsində işləyir.

Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, iş Bakı Şəhər prokurorluğuna verilib.

Qeyd olunan ünvanda Bakı Baş Gömrük İdarəsinin binası yerləşir. Hətta bəzi iddialar var ki, cinayət hadisəsi elə sözügedən binada baş verib. Amma bunun nə dərəcədə dəqiq olduğu hələlik məlum deyil./qafqazinfo/
843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP