Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Pele: "Dünya çempionatı Avstraliyada keçirilsin"

Əfsanəvi futbolçu, “futbol kralı” Pele maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. O, dünya çempionatının Avstraliyada keçirilməsini istəyir.

Pelenin fikrincə, Avstraliya mundialı qəbul etməyə artıq hazırdır: “Avstraliyaya güvənməyin vaxtı gəlib çatıb. Şübhə etmirəm ki, bu ölkə dünya çempionatını keçirmək missiyasının öhdəsindən gələ bilər.

Bir neçə il öncə Avstraliyada olmuşdum. Həmin vaxtdan yerli əhali mundialı keçirməyə hazır olduğunu bildirmişdi. Üstündən neçə il keçib və Avstraliya bir ölkə kimi daha da inkişaf edib. Avstraliya millisi də güclü komandadır və heyətində yaxşı futbolçular çıxış edir. Bir neçə oyunçusu xarici çempionatlarda oynayır. Bütün bunlar Avstraliyada futbolun inkişaf etdiyini göstərir. Məncə, tez bir zamanda Avstraliya dünya çempionatına ev sahibliyi edəcək”.
1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı