Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Saatların 1 saat irəli çəkilir

Martın 29-da Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblər bir saat irəli çəkilir: “Bu il də martın 29-da gecə saat 04:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək”.

Komitədən həmçinin bildiriblər ki, hər il oktyabrın ayının son bazar günü saat 05:00-da isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Bu qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15