Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplanır

Martın 6-da BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək.

TASS-ın verdiyi məlumata görə, açıq iclasda BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman, BMT Baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviç və təşkilatın humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinin əməliyyat şöbəsinin rəhbəri Con Qinq məruzə ilə çıxış edəcəklər.

Tədbirdə Donbasdakı münaqişənin nizamlanması, insan haqları məsələləri və ölkədəki humanitar vəziyyət diqqət mərkəzində olacaq. Martın sonunda Minsk razılaşmalarının yerinə yetirilməsinə həsr olunan iclasın da keçiriləcəyi istisna edilmir./apa/
807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP