Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Nəqliyyat müfəttişləri jurnalisti döydü və soydu

Nəqliyyat Nazirliyinin müfəttişlərinin özlərini qoçu kimi aparmaq ənənəsi davam edir. Bu gün onlar saat radələrində jurnalist Abuzər Cəfərliyə (şəkildə) qarşı qanunazidd əməllər törədiblər. Bu barədə musavat.com-a məlumat verən A.Cəfərlinin sözlərinə görə, 5-6 nəfər mülki geyimli şəxs, özlərini NN-in müfəttişləri kimi təqdim edərək, ona hücum edib, xəsarət yetiriblər, sənədlərini və maşının mücrüsündəki 150 manat pulunu götürərək gediblər.

A.Cəfərli bildirir ki, o, bu qanunsuz hərəkətlərlə bağlı DİN-in 102 xidmətinə dəfələrlə müraciət edib, amma hələ ki bir tədbir görən yoxdur.

Vətəndaş köməksiz qaldığını, nə edəcəyini, kimə üz tutacağını bilmədiyini deyir.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin əməkdaşlarının adlarının bu kimi hadisələrə qarışması, birinci, onuncu, yüzüncü də deyil. Hər gün bizı bu cür şikayətlər daxil olur, iki bu qədər hadisə isə ümumiyyətlə, mətbuata gəlib çıxmır. Yalnız müfəttişlər sürücüləri möhkəm döyəndə, xəsarət yetirəndə hadisə barədə mediaya xəbər çatır.

Qeyd edək ki, zərərçəkən Abuzər Cəfərli xezerinfo.az saytının redaktorudur./Musavat/
1740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44