Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

Danışıqların iştirakçıları razılıq əldə etməyə yaxındırlar

​İranın XİN rəhbəri: Nüvə proqramı üzrə danışıqlar başa çatmaq üzrədir

Məhəmmədcavad Zərif İranın nüvə silahı yaratmaq niyyətində olmadığını bildirib
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif  bəyan edib ki, İran nüvə silahı yaratmaq niyyətində deyil.
Nazir bu barədə "NBC News"a müsahibəsində bildirib.
"Biz nüvə silahı yaratmaq niyyətində deyilik və bunun, ən azı özümüz üçün təhlükəsizliyi təmin edəcəyini hesab etmirik", - deyə Zərif söyləyib.
Nazir, həmçinin əlavə edib ki, İran nümayəndələri nüvə proqramı üzrə sazişin əldə olunması üçün 24 saat işləməyə hazırdırlar. Zərif əmin edib ki, danışıqların iştirakçıları razılıq əldə etməyə yaxındırlar.
İran və ABŞ arasında danışıqların növbəti raundunun martın 15-də Cenevrədə keçirilməsi planlaşdırılır.
1064 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP