Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

İran: “ABŞ Hörmüz boğazının bağlanmasına səbəb olacaq”

“ABŞ daima Fars körfəzində gərginlik yaradır və hazırda da bu belədir”.

Bu açıqlama ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri komandanı, general Əli Fədəvi çıxış edib. O, ABŞ-ı regionun məsələlərinə müdaxilə etməməyə çağırıb:
“Hörmüz boğazının bizim və regionun bütün müsəlman ölkələri üçün açıq qalmasına zəmanət verə biləcək qədər gücə malikik. Fars Körfəzinin açıq qalması bütün dünyanın enerji təhlükəsizliyini təmin edir. ABŞ daima Fars Körfəzində gərginlik yaradır və hazırda da bu belədir. Əlbəttə, yalnız Fars Körfəzində deyil, Əfqanıstan, Fələstin, Suriya və dünyanın hər bir nöqtəsində böhran və gərginlik varsa, deməli, ABŞ-ın orada əli var. Amerikalılar Hörmüz boğazının bağlanmasına səbəb olacaqlar. Bu, ABŞ-ın regiona müdaxilə etməsinə görə baş verəcək. Onlar region məsələlərinə müdaxilə etməməlidirlər. Əgər bu baş verərsə, Hörmüz boğazında gərginlik yaranacaq. Şübhəsiz, bizim və region ölkələrinin maraqlarını nəzərə alaraq Hörmüz boğazının bizim və region ölkələri üçün açıq qalmasını istəyirik”./axar/
925 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu