Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

Gürcüstanda gizli İŞİD düşərgələri

Suriya ordusunun generalı Vəlid Abaza bu ölkədə ezamiyyətdə olan Musavat.com əməkdaşıyla söhbətində maraqlı, sensasiya sayılacaq bəzi açıqlamalar verib. Hazırda döyüş cəbhəsində savaşan general bildirib ki, Suriyada döyüşən əcnəbi yaraqlıların bir qismi Gürcüstanda təlim keçir. O həmin düşərgələrdən gələnlər arasında azərbaycanlılara da rast gəldiklərini deyib.

Sitat: “Ötən həftə mənim tabeliyimdə olan ordu qüvvələri İŞİD mövqelərinə hücum zamanı Azərbaycan vətəndaşı olan dəstə başçısını öldürdü.

Üzərində Azərbaycan pasportu və Türkiyə telefonları vardı. Həmin döyüşdə bir neçə İŞİD-çini də əsir götürmüşük. Onlar bildirdilər ki, öldürdüyümüz başçı Pankis dərəsində təlim keçib. Bir müddət də Qaziantepdəki düşərgələrdə təlimçi işləyib. Sonradan onu Suriya ordusuna qarşı vuruşmaq üçün Hələb yaxınlığına göndəriblər” (General böyük ehtimalla, yaxın zamanlarda Suriyada həlak olan Rövşən Bədəlovu deyir - red.)

Vəlid Abaza iddia edib ki, İŞİD-in ən böyük təlim düşərgələrindən biri də Gürcüstan ərazisindədir: “Gürcüstanın İŞİD-ə dəstək verdiyini bilirik. Ölkədə vəhhabilər üçün hər cür şərait yaradılır, yaratdıqları qurumlar vətəndaş cəmiyyəti institutları adı ilə rəsmi qeydiyyata alınır. Biz bunların hamısından xəbərdarıq. Çeçenistan savaşında vuruşan insanlar İŞİD-ə yeni qüvvələr cəlb edir, onlara təlim keçir. Avropa ölkələrindən, ABŞ-dan gələn terrorçular da Türkiyə, Gürcüstan düşərgələrində bir müddət qaldıqdan sonra Suriya ərazisinə keçir. Çeçenistan savaşında təcrübəsi olan vəhhabilərin çoxunu öldürmüşük, hamısının kökünü kəsəcəyik...”

Qeyd edək ki, Suriya generalının birdən-birə regiondan müəyyən mənada kənar olan bir dövlətin adını çəkməsi təsadüf görünə bilməz. Çünki Gürcüstan Suriyadan xeyli uzaq və xristian ölkə olaraq hazırda Suriya hakimiyyətinin maraq dairəsində ola bilməz. Məsələ ondadır ki, Suriyada daxili müharibə başlayandan sonra “Suriyanın dostları” qrupu adlanan ölkələr Əsəd hakimiyyətinin devrilməsi üçün müxalif qüvvələrin təşkilatlandırılması və silahlandırılması üçün bir sıra geniş fəaliyyətlər həyata keçirib.

Müxalifətin maliyyələşdirilməsi, təşkilatlanma, parçalanmış müxalifətin mərkəzləşdirilməsi cəhdləri ilə yanaşı, eyni zamanda ölkədə hökumətə qarşı savaşan qruplara təlim keçilməsi, silah və maliyyə yardımlarının edilməsi bu qəbildəndir.

Bu proqrama əsasən ərəb ölkələrinin maliyyə yardımları və ABŞ-ın silahla təminatı və təlimçilərinin iştirakı ilə Suriyaya sərhəd ölkələrdə müxaliflər üçün təlim düşərgələri qurulub. Belə düşərgələr İordaniya və Türkiyə ərazisində mövcud olub. Daha əvvəl Türkiyə hökuməti Adana və digər sərhədə yaxın bölgələrdə müxaliflərin təlim düşərgəsi olması faktını inkar etsə də, sonradan bu mövzu leqallaşdırıldı və elan olundu ki, ABŞ-la Türkiyə arasında imzalanmış müqaviləyə əsasən, Suriya müxalifətinin mülayim qanadı - Azad Suriya Ordusu birlikləri Türkiyənin sərhədə yaxın jandarmaya məxsus təlim düşərgələrində təlim alacaq.

Yeri gəlmişkən, ötən ay ABŞ-ın Defense One hərbi portalı Qətər, Türkiyə və Səudiyyə Ərəbistanının Suriyanın müxalif qüvvələrinə öz ərazilərində hərbi təlim keçirmək üçün icazə verdiyini yazıb. Saytın məlumatına görə, Suriya qüvvələrinə Birləşmiş Ştatların 400-dən çox hərbiçisi təlim məşqləri keçəcək. Artıq Türkiyə müdafiə naziri İsmət Yılmaz da bu mövzuda bəyanat verib. Onun bildirdiyinə görə, martın 1-dən müxalif Azad Suriya Ordusunun (ASO) silahlılarının təlimi və silahlandırılmasını nəzərdə tutan Türkiyə-ABŞ proqramının reallaşdırılmasına başlanılıb. Bu proqram Türkiyənin Kırıkkala əyalətində ASO-nun 2 minədək silahlılarının təlimini nəzərdə tutur.

Bir qədər əvvəl İordaniyanın bəzi dövlət məmurları İŞİD liderlərinin bir qrupunun 2012-ci ildə İordaniyadakı bir düşərgədə ABŞ MKİ və xüsusi təyinatlılarının təlimçiləri tərəfindən hazırlandığını etiraf ediblər. Bu təlimlərin xərcləri isə Səudiyyə Ərəbistanı və Qətər hökumətləri tərəfindən qarşılanıb.

ABŞ hökuməti həmin vaxt bəzi “mülayim” xətt tərəfdarı olan müxalifətçilərə ABŞ ordusu tərəfindən İordaniyadakı düşərgələrdə, Suriyada savaşmaq üçün, təlim keçildiyini etiraf etmişdi. Ancaq görünür, təlimlərə Suriyadakı dünyəvi xətt tərəfdarı müxalifətçilər deyil, bilərəkdən radikal islamçılar cəlb olunub. Və yaxud amerikalıların bu barədə əvvəlcədən məlumatları və maraqları olub. İndi isə müxaliflərə təlim keçildiyi daha bir ölkənin adı çəkilir. Gürcüstan NATO-nun və ABŞ-ın bu bölgədə ən yaxın müttəfiqidir. Üstəlik, bu ölkə Qafqazda yerləşir, yəni Rusiyanın qaynar bölgəsi olan Şimali Qafqazla, cənubda isə Azərbaycanla həmsərhəddir. Rusiya İŞİD, “ən-Nusra” kimi qruplaşmaları terror təşkilatı elan edib və ölkə ərazisində bu qruplara dəstək verənlər təqib olunur. Ancaq buna baxmayaraq, hazırda İŞİD tərkibində döyüşənlər arasında Rusiya vətəndaşları xüsusi ağırlıq təşkil edir. Bunların əksər hissəsi çeçenlər və ya Şimali Qafqazdan olanlardır.

Söz düşmüşkən, Suriyada ən məşhur İŞİD komandirlərindən biri Ömər Şişani Gürcüstan vətəndaşı olub və Pankisi dərəsindəndir. Əsl adı Tarxan Batiraşvili olan Ömər əş-Şişani milliyyəti gürcü, özü isə xristian olub. Ancaq sonradan radikal islamçılara qoşulan Tarxan adını dəyişərək Suriyada savaşıb.

Gürcüstanın Pankisi dərəsi hələ 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Şimali Qafqazdakı radikal islamçı döyüşçülərin də daxil olduğu partizan dəstələrinin əsas təlim və istirahət düşərgəsi idi. Bu detalları nəzərə alanda Gürcüstan barədə iddianın o qədər də “qəribə” olmadığı aydın olur. Üstəlik, Gürcüstan Qərbin müttəfiqidir, NATO-nun bir sıra hərbi layihələrində geniş tərkibdə iştirak edir. Eyni zamanda xristian ölkəsi olaraq radikal islamçı təhlükəsi Gürcüstan hakimiyyətini narahat etmir.
- See more at: http://axar.az/news/45604#sthash.VLhTxVaz.dpuf
899 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP