Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

"Mən supermən deyiləm, adi prezidentəm"

“Suriya iddia edildiyi kimi iflasa uğramış dövlət deyil, hətta terrorçuların nəzarətində olan bəzi bölgələrdə belə məvaciblər ödənilir. Suriyada dövlət idarələri işləyir, məvaciblər verilir və terrorla mübarizə davam edir. Dörd ildir ki, terrora qarşı mübarizə aparırıq və bu xalqın dəstəyi nəticəsindədir.”

İnterAz-ın "SANA" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd Portuqaliya telekanalına verdiyi müsahibəsində deyib.

O, Suriyada 200 mindən artıq insanın həlak olması iddiasına cavablandıraraq, bunun qərb mediyası tərəfindən şişirdildiyini deyib.

O, həmçinin bildirib ki, suriyalılar terrorla mübarizədə və öz hökumətlərini dəstəkləməkdə davam edirlər.

“Qərb iddia edir ki, Suriyada qiyam var. Əgər onların nəzərdə tutduğu quyam Qərbin və region dövlətlərin dəstəyindən, silahından bəhrələnirsə, digər tərəfdən burada qiyama qarşı olan və xalqını qətlə yetirən bir diktator varsa, bəs onda niyə dörd ildir ki, bu qiyam qələbəyə nail olmayıb.

Bu iki haldan xaric deyil, ya siz yalan deyirsiz, ya da ki, prezidenti "supermen" hesab edirsiniz. Mən ki, "supermən deyiləm və hakimiyyətim bu dörd ildə davam edirsə bu da xalqın dəstəyi nəticəsində baş verir."
901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21