Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

İçərişəhər "Cümə" məscidi dini icmasının "Əyyami-Fatimə (s.ə.)" mərasimləri

İçərişəhər "Cümə" məscidi dini icması "Əyyami-Fatimə (s.ə.)" mərasimlərini davam etdirir

"Əyyami-Fatimə (s.ə)" günlərini yaşamaqdayıq. İçərişəhər "Cümə" məscidi dini icması Həzrət Fatimeyi Zəhranın (s.ə.) şəhadət günlərilə bağlı əzadarlıq məraimlərini davam etdirir.

Martın 4-də növbəti əzadarlıq mərasimi keçirilmişdir. Mərasim Həzrət Zəhranın (s.ə) şəhadətini əks etdirən rövzə və mərsiyələrin oxunması ilə başlanıb.

Daha sonra İçərişəhər "Cümə" məscidi dini icmasının imam-camaatı Hacı İlqar İbrahimoğlu Həzrət Zəhranın (s.ə) həyatı, şəhadəti və Allah yanında məqamına dair xütbə söyləyib.

Hacı İlqar İbrahimoğlu xüsusilə Xanım Fatimeyi-Zəhranın “Ümmi-Əbiha” (Atasının anası) adının geniş şərhini verib.

İnsanların özündən sonra bəşəriyyətə təsirinin üç cəhətinə - fiziki, nümunə olmaq və elmi maarif təsirlərinə toxunan xətib, Həzrət Fatimeyi Zəhranın (s.ə) bütün bu üç cəhətə görə zirvədə olduğunu, bunu yalnız İslam dünyasının araşdırmaçılarının deyil, hətta Qərb araşdırmaçılarının da bəyan etdiyini qeyd edib.

Hacı İlqar xütbəsində Zəmanə Sahibindən (ə.f) buyurulan hədisə işarə edərək, Zəmanə İmamının (ə.f) da Xanım Zəhranı (s.ə) özünə nümunə bildiyini vurğulayıb və hədisin geniş izahını verib.

Əzadarlıq mərasimi cəmlə duaların edilməsi ilə yekunlaşıb./Deyerler/

1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:28
Tramp: